Modern.az

Təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti tanınıb

Təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti tanınıb

Aktual

26 Dekabr 2024, 10:37

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dekabrın 25-də Aktauda qəzaya uğramış Azərbaycan təyyarəsinin konstruksiyalarını sökməyə başlayıblar.

Modern.az-ın məlumatına görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aparılan xilasetmə əməliyyatları nəticəsində 3-ü azyaşlı olmaqla 29 nəfər xilas edilərək Aktau şəhərinin tibb müəssisələrinə yerləşdirilib.

Yenilənmiş məlumatlara görə, ölənlərin 38-i tapılaraq məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onlardan 3-ü ekipaj üzvüdür. 7 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib. 

Həmçinin, axtarış qrupunun fəaliyyəti nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən “qara qutu” aşkar edilib. Hadisə yerində 24 saatlıq növbətçilik təşkil edilib. Hazırda Aktau şəhərində qəzanın səbəblərini araşdırmaq üçün hökumət komissiyası fəaliyyət göstərir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...