Hər birimiz gün ərzində küçələrdə müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Uşaq əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Bu, təkcə Azərbaycanda belə deyil, dünyanın bir çox ölkələrində uşaq əməyinin istismarı halları baş verir. Uşağın inkişafına mənfi istiqamətdə təsir edən hər cür davranış isə uşaqların istismarı kimi qəbul olunar
Hazırda dünyanın bütün inkişaf etmiş dövlətlərində də uşaq əməyindən istifadə edilir.
Uşaq istismarı dedikdə, təkcə onların əməyə sövq edilməsi deyil, cinsi zorakılığa məruz qalması, döyülməsi, məktəbdən uzaq qalması, orqanlarının satılması, ailədə laqeydlilik göstərilməsi, azyaşlı qız uşaqlarının ərə verilməsi, uşağın hər hansı marağa görə pulla satılması, modellikdə uşaqdan istifadə edilməsi və s. nəzərdə tutulur. Uşaqlarla ticarət, uşağın hər hansı bir şəxs, yaxud şəxslər qrupu tərəfindən mükafat və ya digər ödəmə müqabilində digər bir şəxs, yaxud şəxslər qrupuna verilməsi də uşaqların hüquqlarını pozur.
Araşdırmalara görə, 2013-cü ildə uşaq hüquqlarının pozulması hallarına ən çox İsrail, Tailand, Cənubi Afrika, Braziliya, Belarus, Suriya, Ukrayna, Türkiyə və digər ölkələrdə daha çox rast gəlinib. Qeyd edək ki, Ukrayna saytlarında olan məlumata görə, uşaq istismarı halları ötən il 70 faiz pozulub, Türkiyədə 5 min uşağın haqlarının pozulması qeydə alınıb, İsraildə uşaq alveri maksimum həddə çatıb, Suriyada müharibə şəraitinə görə hər gün minlərlə uşağın hüquqları pozulur.
Könül Qidayeva