Modern.az

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində YENİLİK

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində YENİLİK

Aktual

28 Dekabr 2024, 22:28

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a qurumdan bildirilib.

 

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - məlumatda qeyd olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI