Modern.az

Cəlilabad Xəstəxanasında həkim xəstəni döyüb? - Rəsmi cavab

Cəlilabad Xəstəxanasında həkim xəstəni döyüb? - Rəsmi cavab

Aktual

29 Dekabr 2024, 10:28

TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, TƏBIB-dən APA-ya bildirilib ki, 22.12.2024-cü il tarixində saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib. Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.

"Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - qeyd edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi