Modern.az

Bələdiyyə seçkiləri üçün 15 min nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkiləri üçün 15 min nəfərin namizədliyi qeydə alınıb

Aktual

29 Dekabr 2024, 14:40

İndiyə qədər 16708 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Namizədliyi irəli sürülənlərdən 16460 nəfərə imza vərəqələri verilib, 16023 nəfər imza vərəqələrini qaytarıb. İmza vərəqələri qaytaranlardan 15729 nəfərin nаmizədliyi qeydə alınsa da, onlardan 33 nəfər prosesi dayandırıb və namizədliklərindən imtina edib, 1 nəfər isə ölüb. Ona görə qeydə alınanların sayı 15696 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub