Modern.az

İki gün yağış və qar yağacaq - Hava xəbərdarlığı

İki gün yağış və qar yağacaq - Hava xəbərdarlığı

29 Dekabr 2024, 16:20

Milli Hidrometeorologiya Xidməti dekabrın 30-31-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Dekabrın 30-31-də Azərbaycanın şərq rayonlarında (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi