Modern.az

Prezident Tahir Budaqovla bağlı sərəncam imzaladı

Prezident Tahir Budaqovla bağlı sərəncam imzaladı

31 Dekabr 2024, 13:51

Tahir Yaqub oğlu Budaqov “Şöhrət” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Tahir Budaqov Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

T.Budaqov hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, Aparat rəhbəridir.

Sabah onun 60 yaşı tamam olur.

Tahir Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildə YAP-ın, 1999-cu ildə YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür. 

Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir.

Evlidir, üç övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək