Modern.az

Yeni ilin ilk təbiət hadisəsi ilə bağlı XƏBƏRDARLIQ

Yeni ilin ilk təbiət hadisəsi ilə bağlı XƏBƏRDARLIQ

1 Yanvar 2025, 13:47

Bu gün səhər Yer kürəsində zəif maqnit qasırğası başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun məlumat verib.

“Dünən axşamdan geomaqnit sahəsi bir qədər pozulmuş vəziyyətdədir” - Leus teleqram kanalında bildirib.

Onun sözlərinə görə, Yerin maqnitosferində pozulma səviyyəsi beş vahidə çatıb, bu da G1 sinfinin zəif maqnit qasırğasının başlanğıcını göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı