Modern.az

Bakı-Varşavaya uçuşu texniki nasazlıq səbəbindən LƏĞV EDİLDİ

Bakı-Varşavaya uçuşu texniki nasazlıq səbəbindən LƏĞV EDİLDİ

5 Yanvar 2025, 14:40

Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya "Polish Airlines" aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbindən ləğv edilib.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.

 

Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcəkdir. Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.

 

Əlavə məlumat üçün sərnişinlər Polish Airlines aviaşirkətinin müraciət edə bilərlər:

+994 12 597 55 30
+994 77 223 99 93
+48 788 950 370 (WhatsApp)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu