Modern.az

Aeroport yolunda sürət həddi bərpa edildi

Aeroport yolunda sürət həddi bərpa edildi

7 Yanvar 2025, 08:27

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

 

Bu barədə Modern.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda qeyd olunub.

 

Xatırladaq ki, ötən gün sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi