Modern.az

“Liverpul” “Tottenhem”ə uduzdu - VİDEO

“Liverpul” “Tottenhem”ə uduzdu - VİDEO

9 Yanvar 2025, 09:00

İngiltərə Liqa Kubokunun ikinci yarımfinal cütünün ilk oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Tottenhem” doğma meydanda “Liverpul”la qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 1:0.

Oyunda yeganə qolun müəllifi isə 86-cı dəqiqədə Lukas Berqval olub.

Komandalar arasında cavab oyunu fevralın 6-də Liverpulda keçiriləcək.

Qeyd edək k, birinci yarımfinal cütünün ilk görüşündə “Arsenal” evdə “Nyukasl”a məğlub olub - 0:2.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu