Modern.az

Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası

Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası

Aktual

12 Yanvar 2025, 18:41

Moldovanın Maya Sanduya xaricə rəsmi səfərləri zamanı, eləcə də xarici rəsmilərin bu ölkəyə səfərləri zamanı ikonalar, saatlar, geyimlər, suvenirlər və kitablar hədiyyə edilib.

 

Modern.az-ın məlumatına görə, ən bahalı hədiyyələrdən biri Azərbaycan tərəfindən verilib.

 

Maya Sanduya verilən ən bahalı hədiyyə 17 490 ley dəyərindədir.

 

Hədiyyə təsdiq olunmuş səfirlərin akkreditasiya mərasimi çərçivəsində Azərbaycaın  Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev tərəfindən Prezidentə təqdim edilib.

 

Hədiyyə Qarabağ Xalçaçılıq Məktəbi tərəfindən ənənəvi xalq üslubunda hazırlanmış yun xalça olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI