Modern.az

Serbiya Prezidentindən Azərbaycana TƏŞƏKKÜR

Serbiya Prezidentindən Azərbaycana TƏŞƏKKÜR

12 Yanvar 2025, 17:03

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

 

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

 

Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama