Modern.az

“Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir” - İran XİN

“Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir” - İran XİN

13 Yanvar 2025, 13:50

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekai ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi Əhmədianın Azərbaycana son səfəri ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, XİN sözçüsü həftəlik mətbuat konfransında bu səfərin əvvəlcədən planlaşdırıldığını bildirib, Azərbaycan və Ermənistanla əlaqələrin İran üçün vacib olduğunu vurğulayıb.

Mətbuat katibi deyib ki, Cənubi Qafqazda təhlükəsizlik İran üçün çox vacibdir.

“Biz regionda sabitliyi və təhlükəsizliyi qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik”.

O, həmçinin bildirilib ki, bu səfər regionda sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində başlanan proseslərin, xüsusilə 3+3 formatında həyata keçirilən əməkdaşlığın davam etdirilməsi məqsədilə həyata keçirilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama