Modern.az

Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi

Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi

Aktual

14 Yanvar 2025, 14:13

“Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.

“Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”, – deyə N.Rəcəbova qeyd edib.

Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal