Modern.az

Silah satmaq istədi - YAXALANDI

Silah satmaq istədi - YAXALANDI

Aktual

15 Yanvar 2025, 10:28

Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bərdə Rayon Polis Şöbəsinə rayon sakini Əli Məmmədovun 1500 manat müqabilində "Makarov" markalı tapança satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində Ə.Məmmədov saxlanılıb. Ondan "Revolver" və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama