Modern.az

Kobaxidze sabah Bakıya gəlir

Kobaxidze sabah Bakıya gəlir

Aktual

16 Yanvar 2025, 14:32

Gürcüstanın baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıya gələcək.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər.

Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal