Modern.az

Abdolbari Gozalin dəfn yeri bəlli oldu

Abdolbari Gozalin dəfn yeri bəlli oldu

Aktual

19 Yanvar 2025, 10:36

Xəbər verdiyimiz kimi, ötən gün “Azərsun Holding”in prezidenti və “Qarabağ” klubunun fəxri prezidenti Abdolbari Gozal 76 yaşında Dubayda dünyasını dəyişib.

 

Modern.az bildirir ki, mərhumun dəfn mərasimi Dubayda keçiriləcək və bu gün sübh namazından sonra təşkil olunması planlaşdırılıb.

 

Abdolbari Gozalın Bakıda da yas mərasimlərinin təşkil olunacağı gözlənilir.

 

Xatırladaq ki, Gozal ailəsi həm Bakıda, həm də Dubayda yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal