Modern.az

Tramp köməkçilərinə tapşırıq verdi: andiçmədən sonra Putinlə...

Tramp köməkçilərinə tapşırıq verdi: andiçmədən sonra Putinlə...

20 Yanvar 2025, 09:25

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz komandasına yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonrakı ilk günlərdə Rusiya lideri Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.

Modern.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, “Tramp vəzifəyə başladıqdan bir neçə gün sonra köməkçilərinə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb”.


İki lider arasında söhbət mövzularından biri Ukraynadakı münaqişənin həlli üçün yaxın aylarda mümkün şəxsi görüşün müzakirəsi olacaq.

Xatırladaq ki, Donald Tramp bu gün and içəcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular