Salyan rayonunda tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi olan 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, N-saylı hərbi hissənin əsgərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi"ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını, Şəhidlər xiyabanını və “Şəhidlər” xatirə kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad ediblər.
Anım mərasimindən sonra rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, 20 Yanvar şəhidi Elçin İmanovun ailəsini ziyarət edərək, əziz xatirəsini hörmət və ehtiramla yad edib.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.