Modern.az

Qəbiristanlıqda narkotik gizlədən şəxs tutuldu

Qəbiristanlıqda narkotik gizlədən şəxs tutuldu

Aktual

22 Yanvar 2025, 10:44

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyaya keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə olan marixauana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama