Modern.az

Şəmsi Səmədzadə azadlığa buraxıldı

Şəmsi Səmədzadə azadlığa buraxıldı

Aktual

23 Yanvar 2025, 11:59

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Modern.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Ş.Səmədzadə bir neçə gün əvvəl sərbəst buraxılıb.

O, sayta açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb: “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama