Modern.az

Hikmət Mirzəyev ordu generalı ilə görüşdü

Hikmət Mirzəyev ordu generalı ilə görüşdü

Aktual

24 Yanvar 2025, 20:21

Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.

 

Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir. Bundan öncə Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...