Modern.az

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

Aktual

25 Yanvar 2025, 10:28

Saat 9:00-a olan faktiki hava açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...