Modern.az

"Kamaz" sürücüsü özünə xəsarət yetirib polisə şər atdı - ANBAAN VİDEO

"Kamaz" sürücüsü özünə xəsarət yetirib polisə şər atdı - ANBAAN VİDEO

Aktual

27 Yanvar 2025, 15:30

Bəzi sosial şəbəkə səhifələrində Bakıda "KamAZ" markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.

Qeyd edilib ki, əslində isə o, özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edib.

DYP-dən bildirilib ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə "saxla" işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.

İnsidentin görüntülərini təqdim edirik:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...