Modern.az

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Aktual

28 Yanvar 2025, 16:00

Bakı şəhərində yanvarın 28-də narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...