Modern.az

“Putin danışıqlardan qorxur” - Zelenski

“Putin danışıqlardan qorxur” - Zelenski

Aktual

29 Yanvar 2025, 09:40

“Putin bir daha təsdiqlədi ki, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun atdığı hər addım və bütün kinli hiylələri müharibəni sonsuz etmək məqsədi daşıyır”.

Modern.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da yazıb.

“Biz indi görürük ki, real sülhə nail olmaq üçün imkan var, ancaq Putin hər şeyi edir ki, ya sülh əvəzinə geniş miqyasda öldürməyə davam etsin, ya da sonradan hibrid zərbələr endirmək üçün fasilə əldə etsin, yeni genişmiqyaslı işğal hazırlasın”, – o əlavə edib.

Xatırladaq ki, Vladimir Putin Ukrayna lideri haqqında “İstənilən şəxslə danışıq apara bilərsən, lakin qeyri-legitimliyinə görə Zelenskinin heç nəyi imzalamağa haqqı yoxdur” sözlərini işlədib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...