Modern.az

Seçicinin halı pisləşdi, təcili yardım çağırıldı

Seçicinin halı pisləşdi, təcili yardım çağırıldı

Aktual

29 Yanvar 2025, 15:58

Ölkədə keçirilən bələdiyyə seçkisi ilə bağlı 28 saylı seçki məntəqəsindən təcili yardıma çağırış daxil olub.

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269, 28 saylı seçki məntəqəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.  

Təcili tibbi yardım briqadası tərəfindən 67 yaşlı şəxsə (qadın cinsli) arterial təzyiqin qalxması diaqnozu ilə yerində yardım olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama