Modern.az

Azərbaycan səfiri etimadnaməsini Krala təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsini Krala təqdim etdi - FOTO

Aktual

30 Yanvar 2025, 10:56

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.

Bu barədə Modern.az-a Səfirlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanları, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Regional vəziyyət ilə bağlı mövzular da diqqət mərkəzində olub. Azərbaycan diplomatı ölkəmizin ərazi bütövlüyünün bərpası fonunda bir sıra Qərb ölkələrində Azərbaycana qarşı qərəzli kampaniya, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair ölkəmizin mövqeyi haqqında məlumat verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama