Modern.az

İlyas İsmayılovun vəziyyəti ağırdır - Klinikadan açıqlama

İlyas İsmayılovun vəziyyəti ağırdır - Klinikadan açıqlama

Aktual

31 Yanvar 2025, 09:34

İlyas İsmayılovun müalicəsi davam edir, vəziyyəti hələ də ağırdır.

Modern.az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib.

"İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Ümumi vəziyyəti ağır-stabil olaraq qalır",- məlumatda bildirilib.
Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal