Modern.az

Oğurluqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Oğurluqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Aktual

31 Yanvar 2025, 12:55

Qaradağ və Suraxanı rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu ərazisində ekskavator və avtomobillərdən 6 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumatlar daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı C.Qorçuyev və 31 yaşlı R.Nüsrətli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bir nəfərin bank kartından 600 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı İ.Qurbanovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal