Modern.az

Ağcabədidə 12 kiloqram narkotik aşkarlandı

Ağcabədidə 12 kiloqram narkotik aşkarlandı

Aktual

31 Yanvar 2025, 13:04

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Onun bir müddət əvvəl narkotikləri kultivasiyasi yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədi ilə özündə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal