Modern.az

Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib

Aktual

31 Yanvar 2025, 17:50

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal