Modern.az

Bakıdan Rusiyanın daha bir şəhərinə uçuşlar DAYANDIRILDI

Bakıdan Rusiyanın daha bir şəhərinə uçuşlar DAYANDIRILDI

Aktual

3 Fevral 2025, 11:52

Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı, Mahaçqala,  Saratov, Nijni Novqoroq və Vladiqafqaz şəhərlərinə uçuşlar dayandırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi