Modern.az

Mənzildə kişi meyiti və halsız vəziyyətdə olan qadın tapıldı

Mənzildə kişi meyiti və halsız vəziyyətdə olan qadın tapıldı

3 Fevral 2025, 15:49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Xilasedicilər giriş qapısını açdıqdan sonra polis əməkdaşlarının iştirakı ilə mənzilə baxış keçiriblər. Mənzildə aşkarlanan kişi meyiti və halsız vəziyyətdə olan qadın aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukraynada bu ərazidə qızğın döyüşlər başladı