Modern.az

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

Aktual

3 Fevral 2025, 15:57

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal