Modern.az

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edəcək

Aktual

3 Fevral 2025, 15:08

Fevralın 6-da, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Modern.az nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula fevralın 5-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal