Modern.az

Saray qəbiristanlığında dağıntı törədildi - VİDEO

Saray qəbiristanlığında dağıntı törədildi - VİDEO

4 Fevral 2025, 09:32

Abşeronun Saray qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıblar. Onlar bu vəziyyətdən məzarları ziyarətə gələn zaman xəbər tutduqlarını deyiblər.

Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən bildirilib ki, hadisədən xəbərdardırlar. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Abşeron rayon Polis İdarəsindən isə qeyd edilib ki, məsələ barədə dərhal araşdırma aparılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daha ətraflı süjetdə:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal