Modern.az

Küləkli hava ilə bağlı növbəti sarı xəbərdarlıq

Küləkli hava ilə bağlı növbəti sarı xəbərdarlıq

Aktual

4 Fevral 2025, 11:48

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal