Modern.az

Ceyhun Bayramov müavinini Somaliyə göndərdi

Ceyhun Bayramov müavinini Somaliyə göndərdi

Aktual

4 Fevral 2025, 13:58

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir.

Modern.az xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin X hesabında məlumat verilib.

"Somalinin xarici işlər üzrə dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər", - məlumatda qeyd olunub.

Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?