Modern.az

Bakıda mağazalardan oğurluq edənlər tutuldu

Bakıda mağazalardan oğurluq edənlər tutuldu

4 Fevral 2025, 16:20

Nərimanov rayonu ərazisində yerləşən mağazalardan 214 manat pul, 2 ədəd mobil telefon, 2457 manat dəyərində spirtli içkilər oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı B.Əbilov və 34 yaşlı S.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal