Modern.az

TV-lərdə ən çox hansı məzmunda veriliş hazırlanır...

TV-lərdə ən çox hansı məzmunda veriliş hazırlanır...

Aktual

5 Fevral 2025, 11:14

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Bu barədə Modern.az-a şuradan məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olan proqramların janr bölgüsü belə olub:

23.4% - informasiya və analitik proqramlar;

16.0% - idman proqramları;

14.1% - reklam məzmunlu materiallar;

13.5% - musiqi və əyləncəli proqramlar;

12.8% - bədii filmlər və seriallar;

8.7% - mədəni-maarif janrında proqramlar;

3.3% - anonslar və elanlar;

3.1% - sənədli film və materiallar;

2.8% - sosial proqramlar;

1.2% - uşaq proqramları və cizgi filmləri;

1.1% - sosial çarxlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?