Modern.az

İrəvan meriyasının əməkdaşları saxlanıldı

İrəvan meriyasının əməkdaşları saxlanıldı

5 Fevral 2025, 12:00

Ermənistanın hüquq-mühafizə orqanları paytaxt meriyasının bir neçə əməkdaşını saxlayıb.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə meriyanın mətbuat katibi Ayk Kostanyan sosial şəbəkələrdə məlumat yayıb.

O, səbəblər və cinayət işi barədə məlumat verməyib və Antikorrupsiyaya Komitəsinə müraciət etməyi tövsiyə edib.

Antikorrupsiyaya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, işlə bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi