Modern.az

Xankəndi-Ağdam yolunda maşın aşdı - Yaralananlar var

Xankəndi-Ağdam yolunda maşın aşdı - Yaralananlar var

5 Fevral 2025, 15:16

Ağdam rayonunda yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş ərazidə qeydə alınıb. Xankəndi-Ağdam yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmənin itməsi nəticəsində aşıb. Hadisə nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Xankəndi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal