Modern.az

TƏBİB-dən Gəncədəki ölümlə bağlı AÇIQLAMA

TƏBİB-dən Gəncədəki ölümlə bağlı AÇIQLAMA

Aktual

10 Fevral 2025, 17:33

Gəncə şəhəri Atatürk prospektində yerləşən yataqxanada yaşayan İ.İsmayılov bağlı qapı arxasında köməksiz vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas edilib, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 10.02.2025-ci il tarixində 14-55 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z.Məmmədov adına xəstəxanaya 1 nəfər (kişi cinsli) aqonal vəziyyətdə hospitalizasiya olunub.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi