Modern.az

"Azərpoçt" adından dələduzluq edilir

"Azərpoçt" adından dələduzluq edilir

Aktual

12 Fevral 2025, 17:30

Ani mesajlaşma tətbiqləri üzərindən Azərpoçt MMC-nin adından dələduzluqlar həyata keçirilir.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Belə ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal