Modern.az

Sabah qaz olmayacaq 

Sabah qaz olmayacaq 

Aktual

12 Fevral 2025, 20:34

Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində “Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə,13.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Modern.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal