Modern.az

Keçmiş məhkumdan 4 kq narkotik götürüldü

Keçmiş məhkumdan 4 kq narkotik götürüldü

Aktual

13 Fevral 2025, 09:08

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub. Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.


Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal