Modern.az

Gömrükdən gizlədilən 24 000 siqaret aşkarlandı - FOTO

Gömrükdən gizlədilən 24 000 siqaret aşkarlandı - FOTO

Aktual

13 Fevral 2025, 10:44

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib.

Modern.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitələrinə gömrük baxışı həyata keçiriblər.

Yoxlama zamanı iki nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 24 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal