Modern.az

Paşinyan Xarici Kəşfiyyat Xidmətinin rəhbərini də Münhenə aparıb

Paşinyan Xarici Kəşfiyyat Xidmətinin rəhbərini də Münhenə aparıb

14 Fevral 2025, 12:22

Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak etmək üçün Almaniyaya gedib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, konfrans çərçivəsində Nikol Paşinyan xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirəcək.

Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan da Paşinyanla Münhenə gedib.

Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan da Münhendədir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?